Haiti yığmasının baş məşqçisi: “Bu tarixdə ilk dəfədir”
23.03.2025 - 00:18
Haiti yığmasının baş məşqçisi: “Bu tarixdə ilk dəfədir”

Haiti millisinin baş məşqçisi Stefan Minye Azərbaycan millisi ilə oyundan sonra mətbuat konfransında çıxış edib. 

Apasport.az xəbər verir ki, Minye oyunu dəyərləndirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb:

"Komandamın nümayiş etdirdiyi oyundan razı qaldım. Bilirdik ki, çətin matç olacaq. Ardıcıl olaraq 9-cu qələbəmizi əldə etdik. Tarixdə ilkdir. Üstəlik, Avropada ilk qalibiyyəti qazandıq. Azərbaycan yaxşı komandadır. Qalibiyyətə görə şadıq".

- Rəqibinizdən Avropa komandalarına xas hansısa xüsusiyyət gördüz?

- Fərqli atmosfer idi. Bu cür stadionda, atmosferdə komandamın necə oynayacağını maraqla gözləyirdim. Futbolçularım gözləntilərimi qarşılaya bildi. 

- Yoldaşlıq görüşü üçün Haitidən Azərbaycana gəlmisiz. Başqa rəqib tapa bilmədiniz?

- KONKAKAF turnirinə vəsiqə qazanmışıq. Bizim beş komanda ilə oynamaq şansımız oldu. İsveçrə, Azərbaycan, İrlandiya və digərləri. Azərbaycana müraciət etdik və müsbət cavab aldıq. Hər şey yaxşı idi.

- Azərbaycan millisininin ən zəif nöqtəsi hansı oldu?

- Biz Azərbaycan millisini təhlil etmişdik. Onların zəif və güclü tərəflərini bilirdik. Mən hər zaman öz komandama fokuslanıram. Rəqibə pressinq tətbiq etməyi bacardıq. Yaxşı da müdafiə olunduq.