2023-cü il üçün Azərbaycan milli komandalarının vahid idman geyim formasının təqdimatı keçirilib.
Apasport.az saytının məlumatına görə, mərasim Milli Gimnastika Arenasında baş tutub.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, idmançılarımızın həmişə vahid formada çıxış etməsini istəmişik. Bu arzu isə bir sıra brend şirkətlərə danışıqlardan sonra reallaşıb: "Geyimlər üçün bir sıra şirkətlərlə danışıq aparsaq da, müsbət cavab ala bilmədik. Formanın hazırlanması 1 ildən çox vaxt aparıb. İdmançılarımız fəxr edə bilərlər ki, milli brendimizlə beynəlxalq arenalara çıxacaqlar".
Nazir qeyd edib ki, yeni forma ilk dəfə Polşada keçiriləcək III Avropa Oyunlarında istifadə olunacaq.
Vahid idman geyimləri yerli modelyer Mənzər Hacıyevaya etibar edilib. Onun sözlərinə görə, formalar bir sıra yerli və xarici idmançılarla söhbətlərə əsasən hazırlanıb. Formalarda milli atributlardan istifadə olunub.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub