Samir Abasov: “Oyun intizamını düzəltmək lazımdır”
19.01.2025 - 21:19
Samir Abasov: “Oyun intizamını düzəltmək lazımdır”

Misli Premyer Liqasının XIX turunun “Neftçi” – “Sabah” matçından (1:1) sonra ev sahiblərinin baş məşqçisi Samir Abasov mətbuat konfransı keçirilib.

- Matçın sonlarına yaxın sanki siz başqa şey fikirləşirdiz, futbolçular bununla razı deyildi. Qazanılacaq bir xalı itirməkdən qorxdular və risk etmədilər...
- Meydana qələbə üçün çıxmışdıq. Çox ümidli və motivasiyalı idik. Qəbələ toplanışında öz kanalımıza müsahibəmdə toplanışın möhtəşəm keçdiyini demişdim. Bu gün uduzsaydıq, nə deyəcəyimi bilmirdim. Qol buraxıb, qol vurursansa, ruhlanırsan. Biz kənardan nə qədər istəsək də, futbolçuların fiziki durumu, yorğunluğu var. Deməzdim ki, istəmədilər və bir xal üçün oynayırdılar. Qorxu bəzi futbolçularda ola bilər. Bu da xal itirməklə bağlıdır. Yaxşı, maraqlı oyun oldu. Qol çox olmadı, epizodlar da həmçinin. Bəlkə kiməsə bu baxımdan maraqsız gələ bilər. Amma futbolçulara təşəkkür edirəm. İşimiz elə çoxdur ki. Oyun intizamını düzəltmək lazımdır. Psixoloji məqamlar da var. "Neftçi" adına çox hücum etməliyik. Əhatəsi böyük məsələdir. Bunlar bir günlə düzəlməyəcək. Oyunçularıma bu oyundakı intizama görə təşəkkür edirəm. Kim hara düşmək lazım idi, onu düzgün etdilər. Biz rəqibə çox epizod vermədik. Dörd qol buraxdığımız oyunlar var idi. Hücumlarda daha da kəsərli olmalıyıq. O da pis sezilən tərəf idi. Aradan qaldıracağıq. Uzunmüddətli iş görməliyik ki, hamısı düzəlsin. Tempə futbolçular dözsün, diqtə edən tərəf biz olaq. Bu tempə dözmək üçün hər şey yerində olmalıdır. Problemlərimiz var, aradan qaldıracağıq. Vaxt lazımdır.

- Onları daha tez aradan qaldırmaq üçün yoxlama görüşü köməyinizə  gəlmədi?
- 18 oyuna problem aradan qalxmayıbsa, yoldaşlıq görüşü ilə aradan qalxan deyil. Bu haqda danışmışıq. Hər şeyi o toplanışa bağlayırıqsa, tam razıyam. Meydanda işlədikıərimizi gördük. Yoldaşlıq görüşləri ilə hər şey düzələn deyil. Düzələcək, inanram.
Azarkeşlərin daha iddialı "Neftçi" görməsi üçün.

- Komandanı toparlamaq üçün nə qədər vaxt lazımdır?
- Dedim axı, martın 22-si.

- Gerçəyə baxaq. Rəhbərliyə demisiz?
- Bu qədər vaxt lazım olduğunu deməmişəm. Bu klubda futbolu tək anlayan mən deyiləm. Mən deyən düzdür deyə, bir şey yoxdur. Rəhbərlik də hər şeyi yaxşı başa düşür. Biz də başa düşməliyik ki,onlar hər zamna yaxşısını gətirib. Onlar da daha yaxşı "Neftçi" olmasına çalışır. Onlar da, mən də istəyirəm. Mənim futbolçularımı yerdən-yerə vururlar. Bu futbolçu filan şeydir, bu futbolçu oynaya bilmir. Onlar oynaya bilmirsə, dominant futbolu necə oynayaq? Dominant futbol oynamaq üçün uzun proses keçməlisən. Kökə bağlanır. İlin əvvəlindən qurduğun işə bağlanır. Ayaqda durmağı bacarmalısan və komanda, məşqçi işi ortada olmalıdır. Sizin gözünüzdən qaçan şeylər var ki, mən də razıyam, daha çox şey tələb edirik. Amma tələb edəndə düşünürəm ki, o futbolçu bunu edə bilər? Bizdən yuxarıda gedən komandalar. “Qarabağ"ı çıxaq. Orada artıq sistemdir. Digər komandalar bir-biri ilə oynayanda, hansı dominantdır? Bəlkə dominant anladığım məsələ başqadır, sual verənlərin anladığı dominant başqa. Mən anladığım dominant futbol bir günlə düzələn bir şey deyil. Onun üçün kölün olmalıdır, ayaqda duran komanda olmalısan. Rəqib artıq bilməlidir ki, bu sənin oyunundur. İki-üç aylıq məşqçi dəyişikliyi ilə düzələsi bir şey deyil.

0