İtaliya klubu “Fənərbaxça”dan 20 milyon istəyir
13.01.2025 - 15:23
“Leççe”nin futbolçusu Patrik Dorqu karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Fənərbaxça” cinah müdafiəçisinin xidmətində maraqlıdır.
İtaliya təmsilçisi Dorqu üçün 20 milyon avro tələb edir.
“Fənərbaxça” məbləği endirməyə çalışır. Tərəflər arasında danışıqlar davam edir.
Dorqu bu mövsüm 18 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.
0
0