Juninyonun həyat yoldaşından "Qarabağ" paylaşımı
14.01.2025 - 13:52
“Qarabağ”dan ayrılaraq Braziliyanın “Flamenqo” komandasına keçən Juninyonun həyat yoldaşı Vivian Azərbaycana və Ağdam klubuna təşəkkür edib.
Apasport.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Bizi qarşıladığınız və günlərimizi xoşbəxt etdiyiniz üçün təşəkkür edirik. Gözəl hekayə idi. Sonsuz minnətdarıq. “Qarabağ”, inanılmazsan. Dünyadakı bütün uğurları bu kluba arzulayıram”.
Qeyd edək ki, “Qarabağ” Juninyonun keçidindən 5 milyon avro qazanc əldə edəcək.

- "Neftçi" derbi hazırlığını yekunlaşdırıb - FOTO
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
0
0