Bu gün Azərbaycan İdman Akademiyasının Stadionunda kamandan oxatma üzrə “Zəfər turniri”nin açılış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, mərasimdə çıxış edən Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov turnirin gənc oxatanların hazırlıq səviyyəsinin artırılması və Dakar 2026 Gənclərin Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizədə mühüm rol oynadığını qeyd edib.
Açılışdan sonra yarışların sıralama atışlarına start verilib.
Turnirin ilk günündə qızlarda 1/16, 1/8 və 1/4, oğlanlarda isə 1/8 və 1/4 mərhələləri tamamlanıb.
Sabah hər iki kateqoriya üzrə yarımfinal qarşılaşmaları keçiriləcək.
Qızlar üzrə yarımfinalçılar: Nəbiyeva Fatimə, Butrik Kseniya, Bədəlli Sümeyyə, Ağaməmmədli Nilufər.
Oğlanlar üzrə yarımfinalçılar: Rəhimli Nurlan, Vəliyev Sərdar, İsmayılov İslam, Kazımzadə Zahid.
Qeyd edək ki, yarımfinal mərhələlərindən sonra finalçılar müəyyən olunacaq.
- Premyer Liqada klub sayı artırıla bilər - STADİON MƏSƏLƏSİ HƏLL OLSA...
- "AFFA-nın rəhbəri yalnız Rövşən Nəcəf deyil"
- AFFA-nın tərkibində olan federasiyalara ayrılan vəsaitlər açıqlanıb
- “Eyeball” tərəfindən klublar üçün seminar keçirilib
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”