“Karvan” transferlərə start verdi: İLK HƏDƏF ODUR
11.05.2025 - 16:38
“Karvan” transferlərə start verdi: İLK HƏDƏF ODUR

Yeni mövsümdən Misli Premyer Liqasında mübarizə aparacaq "Karvan" transfer çalışmalarına start verib.

Apasport.az saytına verilən məlumata görə, Yevlax təmsilçisi müdafiə xəttini yerli oyunçu ilə gücləndirməyi planlaşdırır.

Ötən mövsüm II Liqada çıxış edən "Şəfa"da mübarizə aparan Zahid Mərdanov "Karvan"a keçə bilər.

Kənan Kərimov "Kəpəz" və "Şamaxı"da Premyer Liqa təcrübəsi olan müdafiəçini sərəncamında görmək istəyir.

Mövsüm başa çatdıqdan sonra Mərdanovun "Karvan"a keçib-keçməyəcəyi dəqiqləşəcək.