"Karvan-Yevlax" futbolçusu ilə yollarını ayırıb
25.12.2025 - 17:32
"Karvan-Yevlax" futbolçusu ilə yollarını ayırıb

"Karvan-Yevlax" klubu futbolçusu Səid İranxanla yollarını ayırıb.

Apasport.az xəbər verir ki, iranlı oyunçu ilə bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, mövsümün əvvəlində bölgə klubuna keçən Səid İranxan 10 oyunda 1 qolun müəllifi olub.