"Karvan"ın sabiq futbolçusu İran klubunda
28.07.2025 - 10:29
"Karvan"ın sabiq futbolçusu İran klubunda

“Karvan”ın sabiq futbolçusu Aref Məhəmmədəlipurun taleyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, o, karyerasını İranda davam etdirəcək.

Müdafiəçi II Liqa təmsilçisi “Şenavar Sazi”yə transfer olunub.

24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Məhəmmədəlipur ötən mövsüm Yevlax klubunun şərəfini qoruyub.