Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Kamerunda keçirilən "International Challenge" seriyalı "Cameroon International 2026" turnirində qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, qadın badmintonçuların şəxsi kateqoriyasında mübarizə aparan idmançı yüksək reytinqinə görə yarışa 1/8 final mərhələsindən başlayıb.
K. F. Zəhra ilk görüşündə Uqanda təmsilçisini, 1/4 finalda isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) badmintonçusunu məğlub edərək yarımfinala yüksəlib.
Yarımfinalda da BƏƏ təmsilçisi ilə qarşılaşan badmintonçu rəqibini hər iki setdə üstələyərək finala vəsiqə qazanıb.
Həlledici görüşdə yenidən BƏƏ idmançısı Prakriti Bharatha ilə üz-üzə gələn Keişa Fatimə Zəhra rəqibini 2:0 (21:16, 21:19) hesabı ilə məğlub edib.
Beləliklə, Azərbaycan o, "Cameroon International 2026" turnirinin qalibi olub.
- Azərbaycanın kamandan oxatma üzrə qadınlardan ibarət yığması Asiya Kubokunda qızıl medal qazanıb
- Süleyman İsmayılzadə və Məryəm Cavadova Dakar-2026-da Azərbaycanın bayraqdarları olacaq
- Zəfər Gününə həsr olunan kamandan oxatma turniri keçirilib
- Azərbaycan nümayəndələri Rusiyada beynəlxalq idman forumunda iştirak edirlər
- Azərbaycan Türk Dövlətləri Təşkilatının Bişkekdəki idman toplantısında təmsil olunub