“Kəpəz”dən 2 antirekord
01.04.2024 - 11:15
“Kəpəz”dən 2 antirekord

“Kəpəz” iki antirekordunu təkrarlayıb.

Apasport.az xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycan çempionatlarında ən ağır ev məğlubiyyətlərindən birini alıb.

Adil Şükürovun yetirmələri Misli Premyer Liqasının XXVIII turunda “Qarabağ”a 1:6 hesabı ilə uduzub. Qərblilər tarixində 3-cü dəfə ev matçında beş top fərqi ilə məğlub olub. 2006-cı il martın 25-də “Neftçi” “Kəpəz”in meydanında 5:0 hesablı qələbə qazanıb. 2017-ci il noyabrın 25-də “Qəbələ” səfərdən 6:1 hesablı qalibiyyətlə dönüb.

“Kəpəz” həm də tarixində ikinci dəfə ev oyununda 6 qol buraxmaqla bu antirekordunu da təkrarlayıb. “Qəbələ”dən sonra “Qarabağ” gəncəlilərin meydanında altı qol vurub.

Qeyd edək ki, “Kəpəz” son ev matçını Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirib.

0