“Kəpəz” son 12 mövsümdə ilk dəfə evdə keçirdiyi ardıcıl iki matçda qonaqların qapısına minimum üç qol vurub.
Apasport.az xəbər verir ki, Gəncə təmsilçisi buna Misli Premyer Liqasının XXI turunda evdə "Sabah"ı 3:2 hesabı ilə məğlub etməklə nail olub.
"Sarı-göylər" XIX turda "Turan Tovuz"a 5:2 hesabı ilə qalib gəlib. Qərblilər sonuncu dəfə 2011/2012 mövsümündə belə göstəriciyə imza atıb. Gəncə təmsilçisi 2012-ci ilin martında “Qəbələ”ni 3:2, “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, “Kəpəz”in evdə ardıcıl üç və ya daha çox top vurduğu oyunların sayındakı rekordu 7 matçdan ibarətdir. Bu seriya 1997-1998-ci illərdə qeydə alınıb.