Latviya - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
08.05.2025 - 15:04
Latviya - Azərbaycan oyununun biletləri satışa çıxarılıb

İyunun 7-də keçiriləcək Latviya - Azərbaycan beynəlxalq yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.

Apasport.az xəbər verir ki, biletlərin qiyməti 7-30 avro arasında dəyişir. 

Matç Bakı vaxtilə saat 17:00-da başlanacaq. Baltikalılar "Skonto" klubunun ev matçlarını keçirdiyi stadionda reallaşacaq görüşdən 3 gün sonra DÇ-2026-nın seçmə qrup mərhələsi çərçivəsində Albaniya millisini qəbul edəcəklər.

Qeyd edək ki, yığmamız iyunun 10-da Bakıda Macarıstan futbolçuları ilə də yoldaşlıq duelində üz-üzə gələcək.