Milli komandada itki: “Sabah”ın futbolçusu düşərgəni tərk etdi
21.04.2026 - 15:14
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Apasport.az xəbər verir ki, “Sabah”ın futbolçusu Şahin İbrahimov zədə səbəbindən millinin düşərgəsindən ayrılıb.
Qeyd edək ki, U-20 aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək.
0
0