Dünya çempionatına hazırlaşan Azərbaycanın minifutbol millisi Monteneqronun Herseq Novi şəhərində təşkil olunan beynəlxalq turnirin qalibi olub.
Apasport.az xəbər verir ki, Bosniya və Herseqovina, Türkiyə, Monteneqro və Qazaxıstan yığmalarının mübarizə apardığı yarışda komandamız bütün rəqiblərinə qalib gələrək baş mükafata sahib çıxıb.
Yığma üzvü üzvü Təmkin Xəlilzadə turnirin ən yaxşı oyunçusu adına layiq görülüb. Qeyd edək ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv daha bir beynəlxalq turnirdə iştirak etmək üçün Slovakiyanın Koşitse şəhərinə yollanıb. Aprelin 30-da start götürəcək yarışda milli ilə yanaşı Slovakiya, Ukrayna, Belçika, Polşa və Macarıstan seçmələri də mübarizə aparacaq. Turnirə mayın 1-də yekun vurulacaq.
- Simiçdən “Sabah” azarkeşlərinə çağırış: “Stadionu doldurun!”
- Kaxaber Tsxadadze: “Futbolçular hələ çempionatın səviyyəsini dərk etməyib”
- Zaur Həşimov: “Məqsədimiz Premyer Liqada qalmaqdır”
- “Şəfa” Qəbələ səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- Xose Manuel Armada Zarko: "Sabahın Ulduzları" müxtəlif komandaları görmək üçün əlverişlidir"