Futzal üzrə milli komandamız AVRO-2026-nın əsas mərhələsi çərçivəsində bu gün son oyununa çıxıb.
Apasport.az xəbər verir ki, yığmamız 1-ci yeri təmin edən Xorvatiya ilə qarşılaşıb.
Görüşdə sensasiyaya ümid edən millimizin ilk qələbənin həsrəti bitməyib. Komandamız öz meydanında 1:4 hesabı ilə məğlub olub.
Nəticədə 6 oyunda cəmi 2 xal toplayan Azərbaycan yığması qrup mərhələsini sonuncu pillədə başa vurub.
Qeyd edək ki, qrupun digər görüşündə Yunanıstanla İsveç üz-üzə gələcək.
AVRO-2026
15 aprel
20:00 Azərbaycan – Xorvatiya 1:4
Qollar: Oktay Rüstəmli, 21:05 - David Mataja, 5:56; 11:05. Yosip Yurlina, 8:48. Nikola Qudasiç, 31:33
Hakimlər: Yianqos Yianqou, Nikolas Nikolaou, Theoçaris Theoçarous
(Hakimlər briqadası Kiprdəndir)
Hakim-inspektor: Gjergji Bitri (Malta)
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)
Bakı İdman Sarayı.
- Azər Bağırov: “Bu şəhər futbolla yaşayır”
- “Turan Tovuz”dan hakim qərarlarına etiraz - “Təmiz futbol, ədalətli qərarlar tələb edirik!” - VİDEO
- Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi”
- “Şamaxı” Tovuz səfərindən 1 xalla qayıdır - YENİLƏNİB
- Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik”