Millimizin baş məşqçisi: “Heyətimizdə zədəli futzalçı çoxdur”
15.04.2025 - 23:57
Millimizin baş məşqçisi: “Heyətimizdə zədəli futzalçı çoxdur”

"Güclü rəqibə qarşı oynadıq. Xorvatiya millisi qrupda keçirdiyi 6 oyunun hamısında qələbə qazandı və maksimum xalla Avropa çempionatının final mərhələsinə yollandı".

Apasport.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Vitali Borisovun Xorvatiya ilə qarşılaşmadan sonra keçirilən brifinqdə deyib.

O, Avropa çempionatının əsas mərhələsinin son matçında qeydə alınan 1:4 hesablı məğlubiyyətini şərh edib: “Komandamız bu gün yaxşı çıxış etdi. Adətən ikinci hissədə çatdırmırdıq və oyundan qopurduq. Bu dəfə güclü rəqibə qarşı yaxşı mübarizə apardılar. Heyətimizdə zədəli futzalçı çoxdur. Əksəriyyəti ağrıkəsici hesabına meydana çıxmışdı. Ancaq bunu hiss etdirmədilər. Rövşən Hüseynli ilə bağlı nə lazımdırsa danışmışıq, məlumat vermişik. Onu bu toplanışdan kənarlaşdırmışıq, amma millinin qapıları növbəti toplanışlarda onun üzünə açıqdır. Bu, hamımızın millisidir. Bu gün buraxdığımız qolların heç birində qapıçının səhvi olmadı”.

Qeyd edək, yığmamız qrup mərhələsini 2 xalla sonuncu pillədə başa vurub.