Millimizin üzvü oynadı, komandası qalib gəldi
11.05.2025 - 01:57

Polşada Ekstraklasa çempionatının XXXII turu çərçivəsində bir sıra oyunlar keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin futbolçuları Renat Dadaşov və Rahil Məmmədovun çıxış etdiyi "Radomyak" klubu evdə "Poqon"u 2:0 hesabı ilə məğlub edib.
Dadaşov start heyətində meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib. Məmmədov isə yenə bu oyunun iştirak ərizəsinə daxil edilməyib.
Hazırda "Radomyak" 40 xalla turnir cədvəlində 12-ci yerdə qərarlaşıb.
0
0