Millimizin üzvü oynadı, komandası qələbə qazandı
05.02.2025 - 20:23

Albaniya Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geydiyi “Eqnatiya” bu gün səfərdə “Bylis”ə qarşı ilk matçda qələbə (3:1) qazanıb.
Oyuna ehtiyat oyunçular skamyasında başlayan Zamiq, 47-ci dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, tərəflər arasında cavab matçı fevralın 26-sı saat 16:30-da keçiriləcək.
0
0