Millimizin üzvü “Radomyak”dan ayrıldı - RƏSMİ
30.06.2025 - 17:32
Millimizin üzvü “Radomyak”dan ayrıldı - RƏSMİ

Azərbaycan millisinin üzvü Renat Dadaşov "Radomyak"dan ayrılıb.

Apasport.az xəbər verir ki, bu barədə forvardın özü rəsmi sosial media hesabından məlumat yayıb.

Tərəflər arasında razılaşmaya əsasən, Renat başa çatan müqaviləsini yeniləməyib və komandanı tərk edib.

Qeyd edək ki, 26 yaşlı hücumçu bu ilin fevral ayından "Radomyak"da çıxış edirdi.