Murad Məmmədovun komandasından qələbə
14.09.2026 - 00:18
Kipr futbol çempionatında III turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, azərbaycanlı Murad Məmmədovun şərəfini qoruduğu “Pafos” da növbəti matçına çıxıb.
Komanda səfərdə Larnaka AEK-ini 1:0 hesabı ilə məğlub edib.
Məmmədov zədə səbəbindən qarşılaşmada iştirak etməyib.
Qeyd edək ki, “Pafos” 7 xal toplayaraq turnir cədvəlinin lideridir.
0
0