
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə aşağıdakı qərarlar qəbul olunub.
18.03.2025-ci il tarixində II Liqada XVII turun “Sheki City” – “Göygöl” oyununun 30-cu dəqiqəsində “Sheki City” komandasının 97 nömrəli futbolçusu Tural Məmmədzadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Sheki City” komandası 300 manat cərimə edilsin (maddə 40.3);
18.03.2025-ci il tarixində II Liqada XVII turun “Sheki City” – “Göygöl” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün “Sheki City” komandası 100 manat cərimə edilsin (maddə 72.4);
18.03.2025-ci il tarixində II Liqada XVII turun “Sheki City” – “Göygöl” oyununun 90+2-ci dəqiqəsində “Göygöl” komandasının 55 nömrəli futbolçusu Sənan Həsənov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Göygöl” komandası 50 manat cərimə edilsin (maddə 36.5);
18.03.2025-ci il tarixində II Liqada XVII turun “Lerik” – “Ağdaş” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Lerik” komandası 80 manat cərimə edilsin (maddə 51.2);
18.03.2025-ci il tarixində II Liqada XVII turun “Şəmkir” – “Şahdağ Qusar” oyununda “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilsin (maddə 37);
18.03.2025-ci il tarixində II Liqada XVII turun “Şəmkir” – “Şahdağ Qusar” oyununda “Şəmkir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şəmkir” klubu 150 manat cərimə edilsin (maddə 52.2);
18.03.2025-ci il tarixində II Liqada XVII turun “Araz Saatlı” – “Şəfa” oyununun 56-cı dəqiqəsində “Araz Saatlı” komandasının 44 nömrəli futbolçusu Ramiz Qasımov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Araz Saatlı” klubu 150 manat cərimə edilsin (maddə 39.1);
19.03.2025-ci il tarixində II Liqada XVII turun “Füzuli” – “Hypers Guba” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Füzuli” komandası 50 manat cərimə edilsin (maddə 70.1);
19.03.2025-ci il tarixində II Liqada XVII turun “Füzuli” – “Hypers Guba” görüşündə oyun günü planı pozulduğuna görə “Füzuli” komandası 100 manat cərimə edilsin (maddə 77.1);
19.03.2025-ci il tarixində II Liqada XVII turun “Kür-Araz” – “Dinamo” oyununda “Kür-Araz” komandasının 8 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilsin (maddə 37);
19.03.2025-ci il tarixində II Liqada XVII turun “Kür-Araz” – “Dinamo” oyununun 40-cı dəqiqəsində “Kür-Araz” komandasının 77 nömrəli futbolçusu Museyib Vəlizadə ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra, eyni zamanda fasilədə hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, “Kür-Araz” komandası 300 manat cərimə edilsin (maddə 43.3).
2024/2025-ci illər mövsümündə AFFA U-13 Liqasında çıxış edən Hindarx (Ağcabədi) komandasının heyətində lisenziyası saxtalaşdırılmış futbolçular çıxış etdiyinə görə həmin futbolçuların oynadığı bütün oyunlarda Hindarx (Ağcabədi) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin, Hindarx (Ağcabədi) komandası yarışlardan kənarlaşdırılsın (maddə 61.2, 1);
2024/2025-ci illər mövsümündə AFFA U-14 Liqasında çıxış edən Hindarx (Ağcabədi) komandasının heyətində lisenziyası saxtalaşdırılmış futbolçular çıxış etdiyinə görə həmin futbolçuların oynadığı bütün oyunlarda Hindarx (Ağcabədi) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin, Hindarx (Ağcabədi) komandası yarışlardan kənarlaşdırılsın (maddə 61.2, 1);
2024/2025-ci illər mövsümündə aşağı yaş qruplarının liqalarında çıxış edən Olimpiya (Ağcabədi) komandasının rəsmisi Əliyev Orxan Mehman oğlu futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırdığına görə 1 il müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılsın (maddə 100);
2024/2025-ci illər mövsümündə aşağı yaş qruplarının liqalarında çıxış edən Hindarx (Ağcabədi) komandasının rəsmisi Quliyev Samiq Raqif oğlu futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırdığına görə 6 ay müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılsın (maddə 100, 1).
- Millimiz Belarusla bacarmadı
- Rauf Əliyev: “Milli komandamız daha da bərbad duruma gedir”
- “Neftçi”nin sabiq futbolçusu: “Fikrimcə, “Neftçi”dəki əsas problemlərdən biri də…”
- Ayxan Abbasov: “Komandamızın Moldova önündə sona kimi vuruşması bizi sevindirdi”
- Santuş: "Oyunçu milliyə sevgi ilə yanaşırsa, problem yoxdur"