"Neftçi" ilə adı hallanan futbolçu "Sumqayıt"dan ayrıldı - Rəsmi
03.02.2025 - 17:23
"Neftçi" ilə adı hallanan futbolçu "Sumqayıt"dan ayrıldı - Rəsmi

"Sumqayıt" futbolçusu Cordan Rezabala ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Müqavilə müddəti başa çatan yarımmüdafiəçi ilə yeni anlaşma əldə olunmayıb.

Ekvadorlu oyunçu 2024-cü ilin fevralında "Sumqayıt"a keçmişdi.

Qeyd edək ki, transfer dönəmində 24 yaşlı futbolçunun adı "Neftçi" ilə hallanırdı.

0