"Neftçi" UEFA Çempionlar Liqasında ilk oyununu keçirəcək
30.07.2025 - 09:35

"Neftçi"nin qadınlardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin IV qrupunda ilk oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Türkiyənin "Fomget" klubu ilə üz-üzə gələcək.
Qarşılaşma Albaniyanın paytaxtı Tiranada keçiriləcək. Bakı vaxtı ilə saat 20:00-da start götürəcək matçı isveçli Hanna Layanen idarə edəcək.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, IV qrup
20:00. "Fomget" (Türkiyə) - "Neftçi"
Baş hakim: Hanna Layanen (İsveç).
Tirana. "House of Football Natural Pitch" stadionu
- Valdas Dambrauskas: “Rəqibimiz daha çox risk almağa məcbur olacaq”
- "Neftçi"nin yeni transferi Alessio Kurçi: Qol və assistləri - VİDEO
- "Neftçi"nin Yeni Transferi Kimdir: “Maynts” Akademiyasından Bakı Klubuna
- "Qarabağ"a növbəti imtina: Daha bir hücumçu "yox" dedi
- Zaur Həşimov: "Yeni mövsüm üçün "Zirə"nin heyəti kasad görünür"
0
0