“Neftçi”də 5 itki
23.04.2025 - 00:28
"Neftçi" Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununun hazırlığını başa vurub.
Apasport.az xəbər verir ki, "ağ-qaralar" “Sabah”la oyuna ciddi itkilərlə çıxacaq.
Komandanın son məşqində zədə üzündən Rafael Quzzo, Emil Səfərov, Robert Bauer və Ryonosuke Ohori iştirak etməyiblər. Onlarla yanaşı cəzalı Bassala Sambu bu görüşü buraxmalı olacaqlar.
Qeyd edək ki, ilk oyunda "Sabah" səfərdə 2:1 hesabı ilə qalib gəlib. Bu gün “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”
- FIFA rəsmisi: “Azərbaycan futbolu Avropada etimad qazanır”
- Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb
- AFFA-nın illik gəliri açıqlandı: ən böyük pay kimə məxsusdur?
- AFFA açıqladı: BU STADİONLAR TƏMİRƏ BAĞLANACAQ
0
0