“Neftçi” yeni qapıçı transferini rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, Bosniya və Herseqovina millisinin qolkiperi Kenan Piriç artıq “Neftçi” ailəsinin üzvüdür. 31 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.
Vətənindən başqa, Belçika, Sloveniya, Yunanıstan, Türkiyə və Kipr liqalarında oynayan Piriç 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə isə Sloveniya (2018/19) çempionu olub.
O, 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə Sloveniya (2018/19) və Yunanıstan (2023/24) çempionatlarında mövsümün qapıçısı seçilib. Milli komandanın heyətində 8 oyun keçirib.
- Millimiz Gürcüstana böyük hesabla məğlub olub
- Ramalinqom üçün yeni təklif: QOL SİLAHININ TALEYİ MÜƏYYƏNLƏŞİR
- Salifu Suma Azərbaycana qayıdır? - PREMYER LİQADA HƏRARƏT YÜKSƏLİR
- Millimizin baş məşqçisi: "Komandanın göstərdiyi performansdan razıyam"
- "Sabah"ın yeni transferi niyə meydana çıxmadı? - ZƏDƏSİ VAR...