“Neftçi”nin baş məşqçisinin burnunu sındırdılar - ŞOK VİDEO
06.02.2025 - 23:53
AFFA U-17 Liqasında qalmaqal baş verib.
Apasport.az xəbər verir ki, “Vətən” – “Neftçi” oyununda xoşagəlməz hadisə yaşanıb.
Belə ki, matçın ikinci hissəsində tərəflər münaqişə ediblər.
Komandaların baş məşqçiləri və rəsmiləri arasında dava düşüb. “Vətən” klubunun inzibatçısı “ağ-qaralar”ın baş məşqçisi Asif Ramazanova kəllə zərbəsi endirib.
Ardınca “Vətən”in çalışdırıcısı Elvin Həsənovun da qarışdığı münaqişəni sakitləşdirmək mümkün olub.
Mütəxəssisin burnu sınıb. O, hazırda əməliyyatdadır.
- Premyer Liqada noyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb
- Füzuli Məmmədov: “Komandamızda yüksəliş hiss olunur”
- Vernidub: “Dediklərimə əməl etməyən oyunçular daha az oynayacaq”
- “Neftçi” Yevlaxdan 3 xalla qayıdır - YENİLƏNİB
- Azərbaycanlı hakimlər üçün VAR təlim-tədris proqramı keçirilir
2
2