"Neftçi"nin sabiq baş məşqçisi İran klubunu çalışdıracaq
05.07.2024 - 17:09
"Neftçi"nin sabiq baş məşqçisi İran klubunu çalışdıracaq

"Neftçi"nin sabiq baş məşqçisi Miodraq Bojoviç İranın "İstiqlal" (Xuzistan) klubu ilə anlaşıb.

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, monteneqrolu mütəxəssisin müqaviləsinin təfərrüatları açıqlanmayıb.

"İstiqlal" ötən mövsüm İran çempionatını 14-cü yerdə tamamlayıb.

Qeyd edək ki, 56 yaşlı məşqçi 2023/2024 mövsümündə "Neftçi"ni çalışdırıb. Paytaxt klubu onun rəhbərliyi altında mövsümü 5-ci pillədə bitirib və avrokuboklardan kənarda qalıb.

0