Qriqorçukun “Neftçi”də görmək istədiyi futbolçu
30.06.2024 - 16:57
Qriqorçukun “Neftçi”də görmək istədiyi futbolçu

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk özünün tanıdığı, oyununa bələd olduğu bir neçə futbolçunun transfer edilməsini istəyir.

Apasport.az saytına verilən məlumata görə, ukraynalı mütəxəssisin Ukraynadan tanığı futbolçular arasında “Neftçi”də görmək istədiyi hücumçu da var. Söhbət Eduardo Querrerodur. “Zarya”(Luqansk) klubuna məxsus olan forvard hazırda şərəfini qoruduğu Panama millisinin heyətində ABŞ-da keçirilən “Copa America”da çıxış edir.

Qriqorçuk 24 yaşlı hücumçunu “Neftçi”də sərəncamında görmək istəyir. Onun Ukrayna təmsilçisi ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədər qüvvədədir. Forvardın “Neftçi”yə keçidinin baş tutub-tutmayacağı iyulun ortalarında dəqiqləşəcək.

Panama millisi qrupdakı ilk görüşündə Uruqvaya 1:3 uduzub, ABŞ-ı isə 2:1 məğlub edib. Querrero isə hər iki matçın iştirakçısı olub. Panam son turda Boliviya ilə qarşılaşacaq. 

Əlavə edək ki, tam adı Eduardo Antonio Querrero Lozkano olan forvard “Çorillo”(Panama), “Makkab”(Tel-Əviv), “Beytar”, “Hapoel Yerusalem”(hamısı İsrail) komandalarında oynadıqdan sonra 2023-cü ildə “Zarya”ya keçib. O, 2017-ci ildən Panama yığmasında çıxış edir, 17 matçda iştirak edib.

0