"Qaradağ Lökbatan"ın futbolçusu Nurlan Novruzov apasport.az saytına müsahibə verib.
- Bu gün yeni komandanda ilk oyununa çıxdın. "Cəbrayıl" üzərində qələbəni (2:0) necə şərh edərdin?
- İlk oyunum olmasına baxmayaraq, təcrübəli futbolçularımız sayəsində qələbə qazandıq. Rəqibin özü də zəif deyildi. Hücum xəttində komanda yoldaşlarımla birgə oynayırdıq. Təcrübə cəhətdən oyumumuz istədiyimiz kimi alındı.
- Yəqin ki, hədəfin yenidən Premyer Liqaya dönməkdir…
- Hədəfim burda özümü göstərməkdir. Azərbaycanda futbolçunun formu önəmlidir. Hədəfim burda özümü yaxşı cəhətdən göstərib, Premyer Liqaya qayıtmaqdır.
- Klubla müqavilən yaya kimidir?
- Bəli, müqaviləm yaya qədərdir. 6 aylıq sözləşmə imzalamışıq.
- Premyer Liqadan təklif gəlsə, rəhbərlik səni buraxacaq?
- Rəhbərlik bizimlə dost kimidir. Onlar yaxşı olmağımız üçün əllərindən gələni edirlər.
- Ölkə xaricindən təkliflər gəlmişdi?
- Mən artıq Azərbaycana qayıdanda özümə söz vermişdim ki, burda qalacam. Bəli, təkliflər oldu. Amma Amit Quluzadəyə söz vermişdim. Hazırda komandamız yaxşı heyətə sahibdir.
Qeyd edək ki, Novruzov “Bakı”nın heyətində Azərbaycan Premyer Liqasının bombardiri olub. Həmçinin onun karyerasında Nepal çempionluğu da var.
İsmayıl Xeyrullayev