O gəlir? - "Neftçi"dən sürpriz paylaşım
18.10.2025 - 12:21
O gəlir? - "Neftçi"dən sürpriz paylaşım

“Neftçi” yeni transferini ictimaiyyətə təqdim etməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, paytaxt klubu bununla bağlı rəsmi sosial media hesablarında paylaşım edib.

“Ağ-qaralar”ın paylaşdığı şəkildə yaşıl, qırmızı və sarı rənglərdən istifadə olunub.

Xatırladaq ki, “Neftçi”nin maraqlandığı və transfer danışıqları üçün Bakıya gələn Vinsent Abubakarın vətəni Kamerunun bayrağı da məhz bu rənglərdən ibarətdir.

Həmin paylaşımı sizə təqdim edirik: