Ölkələrin UEFA reytinqi açıqlanıb
02.07.2025 - 23:38

UEFA ölkələrin bu mövsüm üçün reytinq cədvəlini yeniləyib.
Apasport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Azərbaycan klubları bu mövsüm 2875 xal toplayaraq ümumi xal hesabını 19625-ə çatdırıb.
Qonşu ölkə Türkiyə 43900 xalla ilk 10-luğu tamamlayıb.
Qeyd edək ki, İngiltərə birinci, İtaliya ikinci, İspaniya isə üçüncü pillədə qərarlaşıb.
0
1