“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Portuqaliyanın “Jil Visente” klubunun hücumçusu Karlos Eduardonu icarəyə götürüb.
24 yaşlı braziliyalı ilə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalanıb. Razılaşmada futbolçunun transfer hüquqlarının alınması ilə bağlı satınalma şərti də yer alıb.
Qeyd edək ki, Karlos Eduardonun “Jil Visente” ilə müqaviləsi də 2027-ci ilin yayına qədər uzadılıb.
Xatırladaq ki, o, karyerası ərzində Braziliyanın "Bruske" (2020), Portuqaliyanın "Nasional" (U-19, 2020–2021), "Maritimu"nun B və əsas komandalarında (2021–2024), həmçinin "Felqeyraş"da (2024–2025) çıxış edib.
- Kurban Berdıyev: “Son 10 dəqiqəni çıxmaq şərtilə…”
- Dambrauskas: “Məğlubiyyətin məsuliyyətini mən daşıyıram”
- “Sabah” Tovuzdan əliboş qayıdır - YENİLƏNİB
- Bakıda keçirilən FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimi keçirilib
- İlham Əliyev Bakıda keçirilən FIFA U-15 mundialının finalını izləyib - YENİLƏNİB