“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, qabonlu hücumçu Patrik Orfe Mbina bundan sonra "bayquşlar"ın uğurları üçün çalışacaq.
25 yaşlı futbolçu Sloveniyanın “Maribor” klubundan icarəyə götürülüb.
Müqavilə cari mövsümün sonuna kimi nəzərdə tutulub. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, “Sabah” icarə müddətinin sonunda futbolçunun birbaşa transfer hüququna malik olacaq.
Qeyd edək ki, Mbina karyerası ərzində Qabonun “Port-Jantil” (2016-2018), Fransanın “Kolomye” (2018), “Bezye B” (2019-2020), “Qrenobl B” (2020-2021), “Bove” (2021-2022), “Şamalyer” (2022-2023), “Nim” (2023-2024), Portuqaliyanın “Leyriya” (2025, icarə) və Sloveniyanın “Maribor” (2024-2025) komandalarında çıxış edib. Qabon millisinin də üzvü olan futbolçu yığmada 5 oyun keçirib.
- İlham Əliyev Bakıda keçirilən FIFA U-15 mundialının finalını izləyib - YENİLƏNİB
- Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib - YENİLƏNİB - FOTO
- Dörd iddiaçı, bir çempion – Qızıl medallara kim daha yaxındır?
- Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
- “Kəpəz” “Turan Tovuz”un rekordunu yeniləyib