21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyətində yeni təyinatlar həyata keçirilib.
Apasport.az xəbər verir ki, Rəşad Hüseynov U-21 millisinin məşqçisi, Qara Qarayev isə analitik vəzifəsinə təyin olunub.
Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 25 yaşından etibarən məşqçilik fəaliyyəti ilə məşğul olan Rəşad Hüseynov müxtəlif illərdə “Rəvan”, “Zirə”, “Sabah” və “Neftçi” klublarında çalışıb. 36 yaşlı mütəxəssis “Sabah” klubunda əsas komandanın baş məşqçisinin köməkçisi vəzifəsini də icra edib.
Azərbaycan futbolunun tanınmış simalarından olan Qara Qarayevin peşəkar futbolçu karyerasının böyük hissəsi “Qarabağ” klubu ilə bağlı olub. Milli komandamızın 33 yaşlı sabiq yarımmüdafiəçisi daha sonra “Neftçi” və “Araz-Naxçıvan” klublarının formasını geyinib.
- AFFA futbol klublarının akademiya rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
- Kurban Berdıyev: “Son 10 dəqiqəni çıxmaq şərtilə…”
- Dambrauskas: “Məğlubiyyətin məsuliyyətini mən daşıyıram”
- “Sabah” Tovuzdan əliboş qayıdır - YENİLƏNİB
- Bakıda keçirilən FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimi keçirilib