"Qarabağ" - "Ayntraxt" oyununun biletləri sabah satışa çıxarılacaq
15.01.2026 - 17:04
UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Ayntarxt" (Almaniya) oyununun biletləri sabah satışa çıxarılacaq.
Apasport.az xəbər verir ki, satışa sabah, saat 12:00-da start veriləcək.
Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.
Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
Qeyd edək ki, qarşılaşma yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
- AFFA futbol klublarının akademiya rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
- Kurban Berdıyev: “Son 10 dəqiqəni çıxmaq şərtilə…”
- Dambrauskas: “Məğlubiyyətin məsuliyyətini mən daşıyıram”
- “Sabah” Tovuzdan əliboş qayıdır - YENİLƏNİB
- Bakıda keçirilən FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimi keçirilib
0
0