“Qarabağ” – “Çelsi” oyununa 22500 bilet satılıb
29.10.2025 - 21:55
“Qarabağ” – “Çelsi” oyununa 22500 bilet satılıb

UEFA Çempionlar Liqasının əsas mərhələsində baş tutacaq "Qarabağ" - "Çelsi" qarşılaşmasına satılan biletlərin sayı bəlli olub.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Qarşılaşmaya ümumilikdə 22500 bilet satılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Çelsi” oyunu 21:45-də start götürəcək.