"Qarabağ" dünya sıralamasında irəliləyib - DOQQUZ PİLLƏ
11.02.2026 - 10:44
"Qarabağ" futbol klubu dünya reytinqindəki mövqeyini yaxşılaşdırıb.
Apasport.az xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) tərəfindən dərc edilən yenilənmiş siyahıda əks olunub.
"Qarabağ" 200 xalla doqquz pillə irəliləyərək 60-cı yerə yüksəlib.
Digər Azərbaycan klubları arasında 96 xalla "Sabah" mövqeyini yaxşılaşdıraraq 224-cü yerdən 211-ci yerə qalxıb.
Qeyd edək ki, siyahıya 595 xalla Fransanın PSJ klubu rəhbərlik edir.
- Millimiz Vyetnama məğlub olub - YENİLƏNİB
- “Qarabağ”ın baş məşqçisi və futbolçuları Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər
- Azərbaycan Kuboku: Son iki vəsiqənin sahibi müəyyənləşdi - YENİLƏNİB
- “Turan Tovuz” – “Sabah” matçının hakimləri bəlli olub
- “Kəpəz”, “İmişli”, “Şahdağ Qusar”, “Şamaxı” və “Şəfa” növbəti mərhələdə - YENİLƏNİB
0
0