"Qarabağ"ın hücumçusu Olavio Juninyo uğrunda mübarizə davam edir.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi onun "Flamenqo"ya keçidindən imtina edib.
"Qarabağ" futbolçusunu satmağa hazırdır. Lakin braziliyalıların ilkin təklifi Azərbaycan klubunu razı salmayıb.
"Qırmızı-qaralar" Juninyo üçün 4 milyon avro təklif etsələr də, Premyer Liqa təmsilçisi 6 milyon avro tələb edib.
Braziliya mətbuatında bildirilir ki, A Seriyası klubu hazırda yeni təklif üzərində çalışır. "Flamenqo" həmin məbləği qismən azaltmağa və daha yaxşı şərtlərlə yenidən "Qarabağ"a müraicət etməyə hazırlaşır.
Qeyd edək ki, Juninyo ilə "Sevilya" da yaxından maraqlanır.
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB