“Qarabağ” və “Neftçi”nin legionerləri milliyə çağırılıb
08.10.2024 - 09:19
“Qarabağ” və “Neftçi”nin legionerləri milliyə çağırılıb

“Qarabağ”ın futbolçusu Marko Yankoviç Monteneqro millisinə dəvət alıb.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçi oktyabrın 11-də Türkiyə, 14-də isə Uels ilə oyunlar üçün yığmaya çağırılıb.

“Neftçi”nin yarımmüdafiəçisi Edvin Kuç da Monteneqro millisinə çağırılıb.

“Qarabağ”ın digər monteneqrolu futbolçusu Marko Veşoviç isə heyətdən kənarda qalıb.

0