
“Qarabağ”da ayrılıq yaşana bilər.
Apasport.az saytına verilən məlumata görə, komandanın qapıçısı Fabyan Buntiç hazırda fərqli klublarla danışıqlar aparır.
Ağdam təmsilçisindəki durumundan xoşbəxt olmayan xorvat qolkiper stabil oynaya biləcəyi komandaya keçmək istəyir.
"Qarabağ" da Buntiçin qərarına hörmətlə yanaşır.
O, klub tapacağı təqdirdə, "köhlən atlar" qolkiperin gedişinə problem yaratmayacaq.
Qeyd edək ki, 2024-cü il iyulun 1-də Ağdam klubuna keçən 28 yaşlı qapıçının müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. “Ştuttqart”ın yetirməsi “Qarabağ”a qədər “İnqolştadt”, “Vizela” klublarının qapısını qoruyub.