“Qarabağ”ın legioneri üçün ciddi müştərilər - Rusiya klubundan təklif var
01.02.2025 - 20:08
“Qarabağ”ın legioneri üçün ciddi müştərilər - Rusiya klubundan təklif var

“Qarabağ”da növbəti ayrılıq yaşanmağa yaxındır.

Apasport.az saytının əldə etdiyi məlumata görə, daha bir legioner komandanı tərk edə bilər.

Daha öncə xəbər verdiyimiz kimi, Leandro Andradenin ciddi müştəriləri var.

Onun xidmətində “Krasnodar” və “Srvena Zvezda” maraqlıdır.

Artıq Serbiya klubunun Andradeyə marağı azalsa da, yenə də bu keçidə alternativ kimi baxırlar.

Lakin Rusiya təmsilçisi kabo verdelinin transferində israrlıdır. Klub nümayəndələri artıq onu canlı izləmək üçün bir dəfə Bakıya da gəliblər.

Komandanın baş məşqçisi Murad Musayev “Qarabağ”dan müsbət cavab gözləyir. 

Transfer üçün rəsmi təklifin yayda göndəriləcəyi bildirilir. 

Qeyd edək ki, Andrade 2022-ci ildən “Qarabağ”ın şərəfini qoruyur. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.

0