"Qəbələ” də təlim-məşq toplanışına başlayıb
10.01.2025 - 10:17
"Qəbələ” mövsümün ikinci hissəsinin hazırlığına start verib.
Apasport.az xəbər verir ki, I Liqada XI turun dekabrın 24-də keçirilən “Mingəçevir”lə səfərdə keçirilən oyunundan sonra istirahətə buraxılan “qırmızı-qaralar” mövsümün ikinci yarısı üçün məşqlərə başlayıblar.
Komanda qış təlim-məşq toplanışına Qəbələdə başlayıb. 2025-ci ilin ilk məşqi Qəbələ şəhər stadionunda baş tutub. Futbolçular öncə fiziki hazırlıq keçib, ardınca toplu və topsuz çalışmalar yerinə yetiriblər.
Qeyd edək ki, hazırlıq prosesində üç yoxlama oyunu nəzərdə tutulub.
- Xorvatiya - Azərbaycan matçının təyinatları açıqlanıb
- Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi Məktəbin şagirdləri ilə görüş təşkil olunub
- Oyun alqı-satqısında şübhəli bilinən "Mingəçevir"li futbolçuların taleyi BƏLLİ OLDU
- "Qarabağ"-"Zirə" matçının başlama saatı müəyyənləşib
- Millimiz Belarus yığması ilə qarşılaşacaq
0
0