Qismət Alıyev "Zirə"ni ziyana saldı
07.05.2025 - 12:56

AFFA İntizam Komitəsi "Zirə"nin kapitanı Qismət Alıyevi 2 oyunluq cəzalandırıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Alıyev "Turan Tovuz"la görüşdə ciddi qayda pozuntusuna yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Bu səbəblə Zirə təmsilçisi 1500 manat ziyana düşüb.
Qeyd edək ki, "Zirə" - "Turan Tovuz" görüşü meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
0
0