"Real"dan yubiley: Tarixdə ilk
17.09.2025 - 13:49
"Real"dan yubiley: Tarixdə ilk

“Real” Çempionlar Liqasının Liqa mərhələsinin I turunda “Marsel”lə qarşılaşıb.

Apasport.az xəbər verir ki, Madrid təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.

Bu, "kral klubu"nun turnirdəki 200-cü qələbəsi olub. “Real” həmin göstəriciyə çatan ilk komanda kimi tarixə düşüb.

İndiyədək heç bir klub bu nəticəyə imza ata bilməyib.