Renat üçün Almaniya variantı - Mahir Emreli ilə komanda yoldaşı ola bilərmiş
17.01.2025 - 00:24
Renat üçün Almaniya variantı - Mahir Emreli ilə komanda yoldaşı ola bilərmiş

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun “Ankaragücü”ndən ayrılmaq ehtimalı olması barədə xəbər vermişdik.

Belə ki, paytaxt klubunun rəhbərliyi ondan gözləntilərini ala bilmədikləri üçün komandaya alternativ forvard cəlb etmək istəyir.

Dadaşovun hazırda Azərbaycana qayıtmaq, “Neftçi” və ya “Qarabağ” klublarından birinin təklifini dəyərləndirmək ehtimalı da var.

Apasport.az saytına verilən məlumata görə, Renatın Almaniyaya qayıtmaq şansı da olub. Belə ki, “Nürnberq” onu bu qış 6 aylıq icarəyə götürmək istəyib. Lakin Dadaşov mövsümü “Ankaragücü”ndə başa vurmaq istədiyi üçün Türkiyəni tərk etməyib. 

Qeyd edək ki, 25 yaşlı futbolçunun “Ankaragücü” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, Birinci Liqa klubuna bu yay keçib.

0