
Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov komandasını dəyişə bilər.
Apasport.az saytına verilən məlumata görə, futbolçu Misli Premyer Liqası klublarına keçidə razılıq verməyib.
Buna səbəb isə ona təklif edilən məbləğin ürəyincə olmamasıdır. Belə ki, Dadaşov onsuz da Premyer Liqada çıxış etməyə müsbət yanaşmırdı, amma maliyyə şərtləri ürəyincə olsaydı, bunu nəzərdən keçirməyə razılıq vermişdi.
Forvard hazırda Polşa yüksək liqası, Almaniya II Bundesliqası, Xorvatiya və Cənubi Koreyadan olan klublarla danışıqlar aparır. Bunların arasında “Qanqvon” komandası da var.
Koreyalılar Renata illik 600 min dollara yaxın maaş təklif edib. Razılıq olarsa, Dadaşov karyerasını Asiyada davam etdirəcək.
Onun son komandası olan “Radomyak” da yeni şərtlərlə 1 illik müqavilə təklif edib.