Bu gün Milli Gimnastika Arenasında "Legends Cup" çərçivəsində yoldaşlıq minifutbol oyunu keçirilib.
Apasport.az xəbər verir ki, “Neftçi 2000-ci illər” komandası “Premyer Liqa məşqçiləri” komandası ilə qarşılaşıb və əsas vaxt 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə “Neftçi 2000-ci illər” uduzub – 2:3.
Qalibiyyəti gətirən penalti zərbəsini Rəşad Sadıqov (“Premyer Liqa məşqçiləri”) dəqiq yerinə yetirib.
Həmin epizodu şəxsi sosial şəbəkə hesabından paylaşan “Zirə”nin baş məşqçisi maraqlı addım ilə yadda qalıb.
Belə ki, o, UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində “Osiyek”lə cavab qarşılaşmasında 11 metrlik cərimə zərbəsindən yararlana bilməyən 4 futbolçusu - Qismət Alıyev, Ceyhun Nuriyev, Məqsəd İsayev və Fuad Bayramovu işarələyib.

- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”
- FIFA rəsmisi: “Azərbaycan futbolu Avropada etimad qazanır”
- Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb
- AFFA-nın illik gəliri açıqlandı: ən böyük pay kimə məxsusdur?
- AFFA açıqladı: BU STADİONLAR TƏMİRƏ BAĞLANACAQ