"Sabah" azarkeşlərinə görə ziyana düşdü
25.04.2025 - 14:14
"Sabah" azarkeşlərinə görə ziyana düşdü

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, tədbirdə aşağıdakı qərarlar qəbul olunub:

23.04.2025-ci il tarixində Azərbaycan Kubokunda ½ finalın “Sabah” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilsin (maddə 51.2);

23.04.2025-ci il tarixində Azərbaycan Kubokunda ½ finalın “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Sabah” klubu 800 manat cərimə edilsin (maddə 52.1);
 
23.04.2025-ci il tarixində Azərbaycan Kubokunda ½ finalın “Sabah” – “Neftçi” oyunu bitdikdən sonra “Sabah” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sabah” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);
 
23.04.2025-ci il tarixində Azərbaycan Kubokunda ½ finalın “Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Neftçi” klubu 800 manat cərimə edilsin (maddə 52.1);
 
22.04.2025-ci il tarixində II Liqada XXII turun “Dinamo” – “Sheki City” oyununun 90+3-cü dəqiqəsində “Dinamo” klubunun 19 nömrəli futbolçusu Əlibala Ağayev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Dinamo” klubu 100 manat cərimə edilsin (maddə 41);
 
22.04.2025-ci il tarixində II Liqada XXII turun “Şahdağ Qusar” – “Ağdaş” oyununun matçöncəsi iclasında “Ağdaş” klubunun nümayəndəsi iştirak etmədiyinə görə “Ağdaş” klubu 80 manat cərimə edilsin (maddə 73.1);
 
22.04.2025-ci il tarixində II Liqada XXII turun “Şahdağ Qusar” – “Ağdaş” oyunu bitdikdən sonra “Ağdaş” klubunun cəzalı baş məşqçisi Ruslan Hüseynov hakimləri təhqir etdiyinə görə cəzasının üzərinə 5 oyun əlavə edilsin (maddə 43.4);
 
23.04.2025-ci il tarixində II Liqada XXII turun “Şimal” – “Şəmkir” oyununda “Şəmkir” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Şəmkir” klubu 70 manat cərimə edilsin (maddə 37);
 
23.04.2025-ci il tarixində II Liqada XXII turun “Şimal” – “Şəmkir” oyunu bitdikdən sonra “Şəmkir” klubunun 44 nömrəli futbolçusu Elşad Mirzəyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Şəmkir” klubu 80 manat cərimə edilsin (maddə 42.1);
 
23.04.2025-ci il tarixində II Liqada XXII turun “Şimal” – “Şəmkir” oyunu bitdikdən sonra “Şəmkir” klubunun üzvləri tərəfindən paltardəyişmə otağının qapısı sındırıldığı üçün stadiona dəymiş zərər “Şəmkir” klubu tərəfindən ödənilsin (maddə 54);
 
24.04.2025-ci il tarixində keçirilən futzal üzrə Yüksək Liqanın 15-ci turunun Neftçi İK İB – Baku Fire oyununda Neftçi İK İB komandasının köməkçi məşqçisi Əli Hüseynov oyununun fasiləsində təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalansın (maddə 43.4);
 
24.04.2025-ci il tarixində keçirilən Neftçi İK İB – Baku Fire oyununda Baku Fire komandasının qapıçısı Kamran Hacıyev oyunun 30-cu dəqiqəsində qeyri idman hərəkətinə görə 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5).