“Sabah” bosniyalı futbolçu ilə yollarını ayırıb
05.01.2026 - 21:01
“Sabah” klubu müdafiəçi Boyan Letiçlə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bosniyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Boyan Letiç 2022-ci ilin fevral ayından “Sabah”ın üzvü idi. O, komandanın heyətində ümumilikdə 125 oyun keçirib. 33 yaşlı müdafiəçi klub tarixində ən çox oyun keçirmiş ikinci futbolçu olmaqla yanaşı, həm də “Sabah”ın avrokuboklarda ilk qolunun müəllifidir.
Letiç “Sabah”ın heyətində Premyer Liqanın gümüş və bürünc medallarını, həmçinin Azərbaycan Kubokunu qazanıb.
- Kurban Berdıyev: “Son 10 dəqiqəni çıxmaq şərtilə…”
- Dambrauskas: “Məğlubiyyətin məsuliyyətini mən daşıyıram”
- “Sabah” Tovuzdan əliboş qayıdır - YENİLƏNİB
- Bakıda keçirilən FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimi keçirilib
- İlham Əliyev Bakıda keçirilən FIFA U-15 mundialının finalını izləyib - YENİLƏNİB
0
0